Avant Consulting MMC olaraq öz tərəfdaşlarımıza təqdim etdiyimiz xidmətləri şəffaflıq, ədalətlilik və dürüstlük prinsipləri əsasında həyata keçirərək, müştərilərimizə həm əlverişli şərtlərlə, həm də keyfiyyətli mühasibatlıq, məsləhət və digər xidmətlər təklif etməklə özünü etibarlı tərəfdaş kimi doğrultmağı qarşısına məqsəd qoymuşdur.
Bütün fəaliyyət sahələrində yerli və beynəlxalq şirkətlərə Mühasibat xidmətləri və Maliyyə hesabatları xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübə və dərin biliklərə malikik. Biz, şirkətin gündəlik və maliyyə dövründəki bütün əməliyyatlarının mühasibat və vergi uçotu tələblərinə uyğunluğunu təmin edən və qarşılıqlı-praktiki və dəstəkləyici həlləri özündə birləşdirən bütün mühasibat xidmətlərini təklif edirik.
Şirkətlərin açılması, fəaliyyətinin hüquqi tənzimlənməsi, maliyyə-mühasibatlıq vergi mühiti ilə əlaqədar müştərilərin məlumatlandırılması, kadr işinin təşkili və başqa xidmətlərimiz müştərilərimizin məmnuniyyətini qazanmaqdadır. Müəssisəmizə müraciət edən iş adamları vaxt itkisinə məruz qalmadan qoyulmuş sualların doğru cavabları və problemlərin həlli yollarını asanlıqla əldə edirlər.
Maliyyə-mühasibatlıq vergi mühiti ilə əlaqədar müştərilərin məlumatlandırılması, kadr işinin təşkili və başqa sahələrdə peşəkar komandamız müştəri məmnuniyyətini təmin etmək və məmnunluğun ölçülməsi prosesini daima təkmilləşdirməyi qarşısına məqsəd qoymuşdur. Azərbaycanda ən etibarlı maliyyə konsaltinq şirkəti olmaq hədəfimizdir.
Bizim fəaliyyətimizin əsasını təşkil edən prinsiplər
Müştərilərimizin etibarını qazanmaq və qorumaq bizim əsas prioritetimizdir.
Bütün proseslərdə açıqlıq və şəffaflıq prinsipinə sadiqik.
Ədalətli və dürüst münasibətlər qurmağı özümüzə borc bilirik.
Göstərdiyimiz xidmətlərdə ən yüksək keyfiyyət standartlarına əməl edirik.
Təcrübəli mütəxəssislərdən ibarət komandamız sizin xidmətinizdədir
Avant Consulting MMC komandası, maliyyə və mühasibatlıq sahəsində geniş təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Biz hər bir müştərimizə fərdi yanaşma tətbiq edərək, onların ehtiyaclarına uyğun həllər təqdim edirik.
Peşəkar yanaşmamız, vaxtında xidmət göstərmə qabiliyyətimiz və şəffaf əməkdaşlıq prinsiplərimiz bizi seçilən tərəfdaş edir.
Biznesiniz üçün ən yaxşı maliyyə həllərini birlikdə tapaq. Pulsuz məsləhət üçün bizimlə əlaqə saxlayın.
+994 50 303 05 06